İnternetdə tanışlıq artıq təkcə insanlar üçün deyil, heyvanlar arasında da məşhurlaşır. Almaniyanın Ştutqart şəhərində yerləşən \”Vilqelma\” zooparkında aranqutanlar üçün görüntülü tanışlıq xidməti yaradılıb. Bu layihəni zooparkın əməkdaşları hazırlayıb.
Onların köməkliyi ilə artıq iki meymun öz \”sevgisini\” tapa bilib.
Zoopark rəhbərliyi Konni və Sinti adlı meymunların öz cütlərini tapmalarını qarşıya əsas məqsəd qoyub. Bunun üçün onlara azad erkək meymunların videoları göstərilib.
Meymunlar üçün internet tanışlıq
Nəticədə Sinti özünə Qemp adlı Belçika zooparkından dost tapa bilib.
Bundan sonra Sinti adlı alman meymun Belçikanın \”Payri Dayza\” zooparkına gətirilib.
Konni isə Hamburq zooparkındakı bir meymunla tanış edilib. (ans)
İnterpress.az