Lobya fisincanbackend

Lobya fisincan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
300 qr qırmızı lobya
1 ədəd qırmızıbaş soğan
100 qr qoz ləpəsi
1 x.q. alça turşusu
1 diş sarımsaq
100 ml bitki yağı
Duz, istiot

Hazırlanması:
Axşamdan duzlu suda isladılmışlobya suda bişirilir.
Suyu süzülüb ətçəkən maşından keçirilir.
Qoz üyüdülür.
Soğan ətçəkən maşından keçirilir, acı suyu sıxılıb yağda qızardılır.
Üzərinə lobya, 70 qr qoz ləpəsi, əzilmiş sarımsaq əlavə edilib qovrulur.
Qarışığa alça turşusu, duz, istiot əlavə olunub qarışdırılır.
Odun üzərindən götürülüb soyudulur.
Fisincandan küftəciklər hazırlanıb üyüdülmüş qoz ləpəsinə batırılır.
Fisincan badımcan ləvəgisi ilə birlikdə servis edilir.

İnterpress.az