Çiyələkli pendirli keksbackend

Çiyələkli pendirli keks

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
250 qr biskvit peçenyesi
120 qr kərə yağı
1 st. şəkər tozu
4 ədəd yumurta sarısı
200 qr krem
400 qr pendir
1 x.q. limon suyu
5 ədəd yarpaq jele
8-10 ədəd yumurta ağı.

Çiyələk kremi üçün:
500 qr çiyələk
1 st. şəkər tozu
0, 5 st. su

Üzəri üçün:

10-15 ədəd çiyələk

Hazırlanması:

Keksin altı üçün əzilmiş biskviti kərə yağı ilə yaxşıca qarışdırın. 26 sm səviyyəsindəki qəlibə əlinizlə basdıraraq yerləşdirin.
Daha sonra soyuducuda 2 saat qalsın. Ayrı bir qabda şəkər tozu və yumurta sarısını krem halına gələnə qədər çırpın.
Sonra hazır kremi əlavə edib qarışdırın. Pendiri və limon suyunu əlavə edib, çırpmağa davam edin.
Yarpaq jeleni 1-2 x.q. soyuq suda yumşaldıb əlinizlə sıxın və şəkər tozu qarışığa əlavə edin.
Ayrı bir qabda yumurta ağlarını çırparaq beze qar halına gətirin və pendirli qarışığa əlavə edib yavaşca qarışdırın.
Daha sonra keksin altı üçün hazırlamış qarışığın üzərinə yayın.
Çiyələk krem üçün çiyələk, şəkər tozu və suyu marmelad halına gələnə qədər bişirin.
Ocaqdan götürüb, süzgəcdən keçirin və soyumağa qoyun. İlıq haldakı çiyələk kremini keksin üzərinə tökün.

İnterpress.az