Şərqsayağı badımcan bükməsibackend

Şərqsayağı badımcan bükməsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

3-4 ədəd badımcan
150 qr ağ pendir
80 qr qoz ləpəsi
1 ədəd pomidor
1 dəstə reyhan
1 dəstə şüyüd
1 ədəd xiyar
50 qr xama
Zeytun yağı
Duz

Hazırlanması:

Badımcan nazik dilimlərə doğranıb, duzlu suda bir qədər saxlanır
Acı suyu süzülür, salfetlə qurudulub, yağda iki tərəfli qızardılır.
Pendir çəngəllə əzilir.
Üzərinə üyüdülmüş qoz, xırda doğranmış şüyüd, xama əlavə edilib qarışdırılır.
Pendirli qarışığdan 1 x.q. götürülüb 1 ədəd qızarmış badımcanın üzərinə qoyulub bükülür.
Proses badımcan gurtaranadək təkrarlanır.
Pomidor, xiyar dordkünc, göyərti xırda doğranır.
Tərəvəzlərin üzərinə duz səpilib qarışdırılır.
Badımcan bükməsi boşqaba düzülüb, tərəvəz salatı ilə süfrəyə verilir.

İnterpress.az