Tərkib:
1 ədəd “Berj” balığı
1 ədəd yumurta sarısı
50 qr holland pendiri
1 ədəd baş soğan
100 qr qoz ləpəsi
2 dilim çörək
3-4 x.q. süd
1 x.q. nar turşusu (əzmə)
Bitki yağı
Duz, istiot
Lyezon üçün:
2 ədəd yumurta sarısı
200 qr suxarı
2 x.q. süd
Hazırlanması:
Balıq yuyulur, qurudulub, əti sümükdən ayrılır (quyruğu saxlanır).
Çörəyin içi ilıq süddə isladılır.
Balıq əti, pendir, soğan, qoz, çörək, ətçəkən maşından keçirilir.
Kütləyə yumurta sarısı, nar turşusu, duz və istiot əlavə edilib qarışdırılır.
Qarışığdan balıq formasında kotlet hazırlanıb, quyruğu taxılır.
Lyezonun hazırlanması:
Yumurta sarısının üzərinə süd əlavə edilib çırpma teli ilə qarışdırılır.
Balıq kotleti əvvəlcə lyezona, daha sonra suxarıya batırılıb bolluca yağda qızardılır.
İnterpress.az