Ətirli “siyesta” salatıbackend

Ətirli “siyesta” salatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
120 qr hisə verilmiş qızıl balıq
2 x.q. qarğıdalı dənələri
1 ədəd qırmızı soğan
1 ədəd portağal
½ dəstə şüyüd
Nanə yarpağı
Duz, istiot

Sous üçün:

1 x.q. portağal suyu
1 x.q. limon suyu
1 x.q. zeytun yağı

Hazırlanması:

Portağal təmizlənir, dördkünc doğranıb boşqaba yığılır.
Üzərinə xırda doğranmış soğan, şüyüd, balıq əlavə edilir.
Qarışığa qarğıdalı dənələri, duz, istiot qatılıb qarışdırılır.
Sousun hazırlanması:
Zeytun yağının üzərinə limon və portağal suyu tökülüb qarışdırılır.
Sous boşqaba tökülür.
Üzərinə zövqə görə bəzədilmiş salat yerləşdirilir.
Hazır salat nanə yarpağı ilə bəzədilib servis edilir.

İnterpress.az