Tərkib:
5 dəstə ispanaq
4 x.q. kərə yağı
1 ədəd baş soğan
1 diş sarımsaq
1 st. qaymaq
3-4 st. süd
3 x.q. un
Duz, istiot
Hazırlanması:
İspanaq təmizlənir, saplaqları kəsilir.
Yarpaqları iri şəkildə doğranır.
Yuyulub dəsmalın üstünə sərilir.
Soğan və sarımsaq xırda doğranıb, əridilmiş kərə yağında qızardılır.
Üzərinə ispanaq, sonra un əlavə edilib qovrulur.
Qarışığa süd əlavə olunub zəif odda qaynadılır.
Qaynayan şorbaya qaymaq tökülür, duz, istiot səpilir.
Şorba qarışdırılıb odun üstündən götürülür.
İnterpress.az