1-ci qrup: Ət qrupu.
Ət, balıq, toyuq, yumurta, pendir bu qrupa daxildir. Xüsusilə iftarda ət qrupunu mütləq yeməlisiniz. Ət qrupunu ətli tərəvəz yeməyi olaraq da yeyə bilərsiniz.
2-ci qrup: Çörək qrupu.
Çörək, plov, makaron bu qrupa daxildir. Çörək sahur üçün vacibdir. Bütün gün sizi tox saxlaması üçün 3-4 dilim buğda çörəyi yeməlisiniz.
3-cü qrup: Süd və qatıq qrupu.
Kalsiumla zəngin qidalar bu qrupa daxildir. Əgər sevirsinizsə, imsakda süd içə bilərsiniz. Qatıq, ya da az duzlu ayran da alternativ ola bilər.
4-cü qrup: Tərəvəz qrupu.
Tərəvəz yeməyi mütləq yeməlisiniz. Yanında salat da yesəniz, daha da faydalı olar.
5-ci qrup: Yağ qrupu.
Salatlarınızı mütləq faydalı zeytun yağı ilə zənginləşdirin. Əlavə olaraq 4-5 ədəd zeytun yeyə bilərsiniz. Fındıq, badam, qoz kimi faydalı çərəzlərdən də bir ovuc yeyin.
6-cı qrup: Meyvələr.
Meyvə şirniyyat istəyinizə cavab verəcək bir qidadır. Xüsusilə yeməkdən sonra meyvə yemək şirniyyat ehtiyacını tamamilə qarşılayır. Qidaların içindəki qida elementlərinin bədənə alınmasını asanlaşdırır.
İnterpress.az