Tərkib:
3 ədəd badımcan
3 ədəd (sarı, qırmızı, yaşıl) bibər
1 ədəd baş soğan
4-5 diş sarımsaq
2 x.q. narşərab
4 x.q. zeytun yağı
cəfəri, reyhan, keşniş, şüyüd
duz
Hazırlanması:
Tərəvəzlər közlənir, qabığı təmizlənib xırdalanıb kasaya əlavə edilir.
Üzərinə xırda doğranmış soğan və göyərti, əzilmiş sarımsaq, duz əlavə edilir, yağ və narşərab gəzdirilib qarışdırılır.
İnterpress.az