Telefonla yatmaq sağlamlığı MƏHV EDİR – XƏBƏRDARLIQbackend

Telefonla yatmaq sağlamlığı MƏHV EDİR – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Telefonla və ya serial sədaları altında yatmaq sağlamlığı məhv edir.

İnterpress.az xəbər verir ki, bu barədə tibb mütəxəssisləri məlumat yayıb.

Smartfon əldə və ya serial sədaları altında yuxuya getmək insan orqanizmini yavaş-yavaş məhv edən təhlükəli vərdişlərdən biridir. Araşdırmalar göstərir ki, beyin “yarımçıq sönmək” qabiliyyətinə malik deyil.

Siz video və ya serial izləyərkən yuxuya getdikdə beynin bir hissəsi dincəlməyə çalışsa da, digər hissəsi gələn səs və işıq siqnallarını emal etməyə davam edir. Bu isə sinir sisteminin daim gərginlikdə qalmasına səbəb olur.

Belə vəziyyətdə insan oyanıqlıqla yuxu arasında yarıhuşsuz bir vəziyyətdə qalır. Nəticədə yuxu hormonu olan melatoninin ifrazı pozulur, sirkad ritmlər sıradan çıxır və stress hormonu olan kortizolun səviyyəsi yüksəlir.

Bütün bu mənfi amillər həm beynin, həm də bədənin tam bərpa olunmasına mane olaraq gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır.

Xuraman Etibarlı

İnterpress.az