Qorxulu statistika: Artıq çəki infeksion xəstəliklərdən ölüm riskini 70% ARTIRIRbackend

Qorxulu statistika: Artıq çəki infeksion xəstəliklərdən ölüm riskini 70% ARTIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Piylənmədən əziyyət çəkənlər üçün infeksiya təhlükəsi aşkar olunub.

İnterpress.az xəbər verir ki, bu barədə nüfuzlu “The Lancet” jurnalında dərc olunan araşdırmada məlumat verilib.

Finlandiya və Böyük Britaniyadan olan 500 mindən çox insanın məlumatlarını əhatə edən tədqiqat göstərir ki, artıq çəki infeksion xəstəliklərin ağır keçməsi və ölüm riskini kəskin şəkildə artırır.

Məlum olub ki, bədən kütlə indeksi 30-dan yuxarı olan şəxslərin qrip, pnevmoniya, qastroenterit, sidik yolları infeksiyaları və COVID-19 kimi xəstəliklərdən xəstəxanaya yerləşdirilmə və ya vəfat etmə ehtimalı normal çəkili insanlarla müqayisədə 70% daha yüksəkdir.

Alimlərin fikrincə, piylənmə immun sistemini zəiflədir və bədənin bakteriya, virus, parazit və göbələklərə qarşı müdafiə qabiliyyətini aşağı salır. Hesablamalara görə, dünyada infeksion xəstəliklərdən baş verən hər onuncu ölüm hadisəsi (təxminən 600 min nəfər) məhz artıq çəki ilə bağlıdır.

Bu göstərici ABŞ-da hər dörd, Böyük Britaniyada isə hər altı infeksiya ölümündən birinə bərabərdir. Mütəxəssislər qeyd edirlər ki, dünyada piylənmə səviyyəsi artdıqca bu səbəbdən ölənlərin sayı da çoxalacaq.

Riskləri azaltmaq üçün sağlam qidalanma, fiziki aktivlik və vaxtında peyvəndlənmə mühüm əhəmiyyət kəsb edir.

Xuraman Etibarlı

İnterpress.az