Ətli kartof yeməyi
Tərkib:
400 qr quşbaşı ət
2 ədəd kartof
2 ədəd pomidor
1 ədəd kök
2 diş sarımsaq
1 x.q. bibər tomatı
2.5 st. su
2, 5 x.q. zeytun yağı
Göy soğan
Duz, istiot, qırmızı istiot
Hazırlanması:
Kartof kvadrat, kök halqavarı doğranır.
Ət yağda qovrulur. Üzərinə kök əlavə edilib bişirilir.
Ərzaqlar bişənə yaxın üzərinə xırdalanmış pomidor, əzilmiş sarımsaq və kartof əlavə edilir.
Yeməyə bibər pastası və ədviyyatlar əlavə olunur, su tökülüb zəif odda bişirilir.
Hazır yeməyin üzərinə xırda doğranmış göy soğan səpilib servis edilir.
İnterpress.az