Tərkib:
5 st. un
4 ədəd yumurta
2/3 st. su
200 qr kərə yağı
Duz
Pörtlətmək üçün:
1,5 l su
Duz və 1 x.q. zeytun yağı
Yağlamaq üçün:
1 x.q. kərə yağı
1 st. zeytun yağı
İçlik üçün:
600 qr ağ pendir
1 dəstə cəfəri
Hazırlanması:
Un kasaya tökülür, üzərinə yumşaldılmış kərə yağı, duz, yumurta, az-az su əlavə edilib yumşaq xəmir yoğrulur.
Xəmir 10 kündəyə bölünür.
İki kündə böyük açılmaq şərtilə oxlovla yuxalar açılır.
Su qaynadılır, üzərinə duz və yağ əlavə edilir.
Qaynayan suda yuxalar bir-bir pörtlədilir.
İçliyin hazırlanması:
Pendir çəngəllə əzilir, üzərinə xırda doğranmış cəfəri əlavə edilib qarışdırılır.
Yuxalar bir-bir, aralarına yağ çəkilərək, içlik qoyularaq yağlanmış formaya yerləşdirilir.
Üzərinə bir qədər yağ əlavə edilib, 180 dərəcəyədək qızdırılmış sobada 15 dəq. bişirilir.
İnterpress.az