İftara ləzzətli çolpa şorbasıbackend

İftara ləzzətli çolpa şorbası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

300 qr çolpa əti
5 st. bulyon
½ st. yumru düyü
1,5 st. qatıq
1 ədəd yumurta sarısı
2 x.q. un
Təzə və quru nanə
Duz, istiot

Hazırlanması:

Çolpa əti tikələrə bölünür, suda qaynadılır.
Çolpa bişirilib əllə didilir.
Suyu süzülür və ayrı qazana tökülür.
Qazana duz və düyü əlavə olunub qaynadılır.
Düyü bişənə yaxın şorbaya çolpa əti və quru nanə qatılır.
Qatıq, yumurta sarısı, un mikserlə çırpılır (üzərinə 1-2 x.q. bulyon tökülür).
Qarışıq qaşıq-qaşıq qaynayan şorbaya əlavə edilib qarışdırılır.
10 dəq. sonra şorba hazırdır.
Üzərinə təzə nanə qoyulub servis edilir.

İnterpress.az