Plovların şahı – şahplovbackend

Plovların şahı – şahplov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

1 st. düyü
150 qr quzu əti (sümüksüz)
1 ədəd baş soğan
50 qr şabalıd
150 qr kərə yağı
3 ədəd lavaş
10 qr ərik qurusu
10 qr kişmiş
10 qr qoz ləpəsi
5 qr darçın
5 qr sarıkök
Duz, istiot

Hazırlanması:

Düyü duzlu suda isladılır, yuyulub süzülür.
Şabalıb çərtilir, duzlu suda bişirilib qabığı təmizlənir.
Quzu əti xırda tikələrə bölünür.
Soğan xırda doğranır, üzərinə ət tikələri əlavə edilir, duz, istiot səpilibyağda bişirilir.
Ət bişənə yaxın qarışığa şabalıb qatılıbqovrulur.
Şabalıdlı ətin üzərinə düyü səpilib qarışdırılır.
Qazanın dibi yağlanıb içərisinə lavaşsərilir (lavaşın bir hissəsi qazanın kənarına cıxmaq şərtilə).
Düyü qarışığı qazana yığılıb üzəri lavaşla örtülür.
Lavaşın üzərinə yağ çəkilib 180 dərəcəyədək qızdırılmış sobada 40 dəqiqə bişirilir.
Ərik qurusu və qoz ləpəsi doğranır.
Üzərinə kişmiş əlavə edilir, darçın, sarıkök səpilib yağda qovrulur.
Qarışıq qaba qoyulub plovun yanında süfrəyə verilir.

İnterpress.az