Görünüşü sərt, amma özü yupyumşaq heyvadan – crumblebackend

Görünüşü sərt, amma özü yupyumşaq heyvadan – crumble

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

120 qr kərə yağı
80 qr qəhvəyi şəkər
60 qr yulaf yarması
1 paket vanil

İçlik üçün:

3 ədəd heyva
100 qr qəhvəyi şəkər
100 ml təzə sıxılmış portağal suyu
2 x.q. kişmiş
1 ç.q. darçın

Hazırlanması:

Heyvanın qabığını soyub kvadrat şəklində doğrayın.
Şəkər və portağal suyunu qarışdırın.
Üzərinə doğranmış heyva, kişmiş, darçın əlavə edib zəif odda bişirin.

Xəmirin hazırlanması:

Unu, yulafı və şəkər tozunu blenderdən keçirin.
Üzərinə soyuq kərə yağı doğrayıb təkrar blenderdən keçirin.
Xəmir ovuntu şəklində olacaq.
Əvvəlcə formaya heyvalı qarışığı əlavə edib, üstündən ovuntulu xəmiri səpin.
Deserti 200 dərəcəyədək qızdırılmış sobada 15-20 dəq. bişirib soyudun.
Üstünə qaymaq və ya dondurma qoyub servis edin.

İnterpress.az