Tərkib:
125 qr kərə yağı
1 ədəd yumurta
½ st. şəkər kirşanı
1,5 st. un
½ st. üyüdülümüş qoz
2 ç.q. darçın
1 paket qabartma tozu
1 paket vanil
Üzəri üçün:
Badam ləpəsi
Hazırlanması:
Otaq temperaturunda saxlanmış yağ, yumurta, şəkər kirşanı, darçın, qoz, vanil kasada qarışdırılıb yoğrulur.
Üzərinə ələnmiş un və qabartma tozu az-az əlavə edilib təkrar yoğrulur.
Yumşaq xəmir rulet şəklinə salınır.
Xəmirdən barmaq boyunda parçalar kəsilir.
Əllə yuvarlayaraq şəkil verilir.
Qurabiyələr formaya düzülüb, ortasına badam qoyulur.
170 dərəcəyədək qızdırılmış sobada 25 dəq. bişirilir.
Hazır qurabiyyələrin üstünə darçın və şəkər kirşanı səpilir.
İnterpress.az