Tərkib:
3 kq – zoğal
3 kq şəkər tozu
1,5 st. su
Hazırlanması:
Emallı ləyənə su və şəkər tozu tökülür, zəif odda qaynamağa qoyulur.
Qaynara düşən kimi zoğallar ləyənə tökülür və ehmalca qarışdırılır. Təxminən 5 dəq. qaynadılır və soyumağa qoyulur.
Bir saatdan sonra normal odda zoğal qaynamağa qoyulur.
Zoğal qaynayanda çox köpüklənir. O üzdən qab kifayət qədər enli – bol olmalıdır. Qaynayan mürəbbənin köpüyü yığılır.
Mürəbbənin hazır olmasını şirəsini yoxlamaqla bilmək olur. Qaba azca şirə tökülür, azacıq soyudulur və qaşıqla içindən xətt çəkilir.
Soyumuş mürəbbəni təmiz yuyulub qurulanmış, ağzı kip bağlanan bankalara yığılıb, sərin yerdə saxlanır.
İnterpress.az