Tərkib:
325 gr buğda unu
1 paket qabartma tozu
3 x.q. xaş- xaş toxumu
200 gr süzmə qatıq
60 ml süd
150 qr qəhvəyi şəkər
125 qr kərə yağı
2 ədəd yumurta
25 qr limon suyu
25 qr rəndələnmiş limon qabığı
Duz
Üzəri üçün:
80 qr şəkər kirşanı
2 ç.q. qaynar su
Hazırlanması:
Un və qabartma tozu ələnib, üzərinə duz , xaş-xaş toxumu əlavə edilir.
Ayrı bir kasada yumşaldılmış yağ mikserlə qarışdırılır.
Üzərinə qatıq, yumurta, şəkər , süd, limon suyu və limon qabığı əlavə edilib qarışdırılır.
Kütləyə unlu qarışıq əlavə olunub təkrar qarışdırılır.
Xəmir maffin qablarına paylaşdırılır, 190 dərəcəyəlik sobada 25 dəq. bişirilir.
Bişmiş maffinlər soyudulur, üzərinə şəkər kirşanı səpilib servis edilir.
İnterpress.az