Qaşıq-qaşıq – almalı ləzzətbackend

Qaşıq-qaşıq – almalı ləzzət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

4 ədəd alma
½ x.q. limon suyu
2 x.q. portağal suyu
4 x.q. qəhvəyi şəkər
1 ç.q. darçın
200 qr yulaflı peçenye
½ st. qoz ləpəsi
Vanil

Hazırlanması:
Alma dördkünc doğranır, üzərinə limon suyu və şəkər əlavə edilib zəif odda bişirilir. Üzərinə darçın və vanil qatılır. Peçenye kiçik parçalara bölünür, üzərinə portağal suyu və üyüdülmüş qoz ləpəsi qatılır.

Qaşıq-qaşıq - almalı ləzzət

Arzuya görə blenderdən də keçirilə bilər. Qədəhə bir qat peçenye qırıntıları, bir qat alma qarışığı əlavə edilir. Proses təkrarlanır. Desertin üzərinə dondurma qoyulub servis edilir.

İnterpress.az