Dadı damağında qalsın – qozlu keksbackend

Dadı damağında qalsın – qozlu keks

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

3 ədəd yumurta
1 st. qəhvəyi şəkər
100 qr kərə yağı
½ st. süd
25 qr limon qabığı
1 st. qoz ləpəsi
2,5 st. un
1 paket qabartma tozu
Vanil

Hazırlanması:

Yumurta şəkər mikserlə çırpılır, üzərinə yumşaldılmış yağ qatılıb təkrar qarışdıırlır.
Süd və limon qabığı əlavə edilib qarışdırılır.
Kütlənin üzərinə un, qabartma tozu və vanil qatılıb mikserlə çırpılmağa davam edilir.
Qoz iri şəkildə doğranıb bir qədər unla qarışdırılır. Daha sonra keks xəmirinə əlavə olunur.
Xəmir yağlanmış formaya tökülüb 170 dərəcəlik sobada 40 dəq. bişirilir.

İnterpress.az