Dəri ləkələri cinsiyyətdən asılı olmayaraq həm kişi, həm də qadınlarda geniş olaraq təsadüf edilən və görünüş baxımından problem yaradan hallardan biridir.
Tez-tez yanaq, alın, çənə bölgələrində görülə bildiyi kimi bədənin digər nahiyələrində də onlara rast gəlinə bilər.
Dəri ləkələrinin yaranma səbəbləri arasında zərərli günəş şüalarına məruz qalmaq, hormonal dəyişikliklər, sistematik xəstəliklər, infeksiya xəstəlikləri, həddindən çox dərman istifadəsi var.
Cəfəri maskası :
Hazırlanması:
1 dəstə cəfərini yuyun, qurudun və blenderdən keçirin.
Üzərinə 2 x.q. qatıq əlavə edib qarışdırın.
Dərinizi losyonla silin və maskanı üzünüzə çəkin.
Maska üzdə 30 dəq. qalmalıdır.
Həftədə 1 dəfə prosesi təkrarlayın, dərinizdə ləkə qalmayacaq.
İnterpress.az