Tərkib:
½ hissə qırmızı kələm
1 ədəd yaşıl alma
4 ədəd qoz ləpəsi
Sousu üçün:
½ limonun suyu
1 ədəd portağalın suyu
1 ç.q. şəkər tozu
2 x.q. zeytun yağı
Duz
Hazırlanması:
Kələm incə doğranıb duzla ovulur.
Bolluca suda yuyulub suyu süzülür.
Almanın qabığı soyulur, çox incə doğranır, üzərinə limon sıxılır (qaralmasın deyə).
Kələm geniş kasaya əlavə edilir, üzərinə alma dilimləri və əzilmiş qoz əlavə edilir.
Limon və portağal suyu, şəkər, yağ və duz qarışdırılıb salatın üzərinə gəzdirilir.
Salat saxlanmadan yeyilir.
İnterpress.az