Sədaqət, məhəbbət və paklıq gülü – yasəmən. 1937-ci ildə Filippin hökuməti yasəmən gülünü dövlətin milli gülü kimi təsdiq edbi. Bu ölkədə ən əziz qonaq əldə yasəmən gülü ilə qarşılanır. Yasəmən gülü həm də Lənkəran dağlarında bitir.
Bu gülün məhlulu ilə kompres etdikdə üzdə olan qara ləkələr solur və çox vaxt taməmilə təmizlənir. Yasəmən gülünün suyu ilə saçları yaxaladıqda saçlara parlaqlıq verir, günəş şüasından qoruyur.
Enliyarpaq yasəmənin yarpaqları dəri xəstəliklərində, ağız yaraları və diş ağrısı zamanı istifadə edilir. Çiçəklərinin suyu ilə yorğun gözlərin yuyulmasında istifadə edilir. Yasəmən gülünün ətri əsasən də qadınların əsəblərini sakitləşdirir. Yasəmən ətirli parfümlərdən istifadə etdiyimiz zaman həm ətrafdakılara xoş təsir bağışlayırıq, həm də bütün günü pozitiv oluruq.
Çünki yasəmən çiçəyinin ətri əvvəlcə bizim ağciyərlərimizə daxil olur, daha sonra isə qan və beynimizə doğru hərəkət edir və bu zaman neyronların genişlənməsinə şərait yaradır. Beləcə əsəbləri sakitləşdirir. Mütəxəssislər qadınların daha çox yasəmən ətrli parfümlərdən istifadə etməyini, evdə daha çox yasəmən çiçəyi bəsləməyi məsləhət görürlər. Yorğun bir günün sonunda yasəmən ətrli duş gelindən istifadə və ya vanna qəbul etsəniz, inanın ki körpə uşaq kimi rahat olacaqsınız. Yasəmən gülünün kimyəvi qarışığından bir çox üz və saç maskalarında da istifadə olunur.
İnterpress.az