Günün bonusu – pomidor souslu ətli toplarbackend

Günün bonusu – pomidor souslu ətli toplar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

600 gr qiymə
1 ədəd baş soğan
1 ədəd yumurta
Keşniş, cəfəri
2 diş sarımsaq
Zeytun yağı
Duz, istiot

Pomidor sousu üçün:

4 ədəd pomidor
¼ dəstə reyhan
1 x.q. zeytun yağı
Duz, istiot

Hazırlanması:

Qiymənin üzərinə xırda doğranmış soğan və göyərti, əzilmiş sarımsaq, ədviyyatlar əlavə edilib yoğrulur.
Qarışığdan oplar hazırlayıb 15-20 dəq soyuducuya yerləşdirin.
Daha sonra yağda qızardıb istiyədavamlı qaba yerləşdirin.

Sousun hazırlanması:

Pomidorun qabığı soyulub rəndədən keçirilir. Üzərinə xırda doğranmış reyhan, duz və istiot səpilib qarışdırılır. Sous yağda bişirilir, ətli topların üzərinə gəzdirilib, 170 dərəcəlik sobada 10 dəq. bişirilir.

İnterpress.az