Pomidorda olduğu kimi, qarpıza da qırmızı rəng verən likopen maddəsi xərçəngdən qoruyur, eyni zamanda göz sağlamlığı üçün də faydalıdır.
Qarpız suyu idmandan sonra yaşanan əzələ ağrılarını azaldır. Qarpıza qırmızı rəng verən likopen maddəsi prostat xərçəngi riskini azaldır, ürək xəstəliklərinə qarşı qoruyur, sarı nöqtə olaraq bilinən göz xəstəliyini və katarakt riskini aşağı salır.
Qarpız artıq çəkili insanlarda yüksək təzyiqin düşməsinə yardım edir.
1 kasa qarpızda 45 kalori var. Lif sayəsində uzun müddət tox qalmanıza kömək edir.
Ürəyiniz şirniyyat istəyəndə qarpız yeyin. Şəkərli olduğunu da unutmayın.
Qarpızda bol miqdarda olan A vitamini göz sağlamlığı üçün mühüm vitaminlərdən biridir.
Orqanizmdə A vitamini çatışmayanda göz quruluğu, göz infeksiyası, görmənin zəifləməsi kimi şikayətlər ortaya çıxır. 1 kasa qarpız gündəlik A vitamin ehtiyacının 18%-i ödəyir.
Yay meyvəsi olan qarpızın 91%-i sudan ibarətdir. Elektrolitlə zəngin olan bu meyvə yayda susuzluqdan dolayı yaşanan halsızlığa yaxşı təsir edir. Elektrolitlər sinir hüceyrələrinin funksiyası, əzələlərin çalışması, ürək sağlığı üçün əhəmiyyətlidir. Çox tərlədən fiziki aktivlik sonrası 1 stəkan qarpız suyu için.
İnterpress.azhttps://youtube.com/watch?v=AG_wEggGJIc