Tərkib:
500 qr can əti
1 ədəd qırmızı bibər
1 ədəd yaşıl bibər
1 ədəd sarı bibər
2 ədəd qırmızı soğan
1 diş sarımsaq
1 x.q. zeytun yağı
1 -2 x.q. limon suyu
1 -2 ç.q. sumax
Duz, istiot
Hazırlanması:
Can əti uzunsov doğranıb yağda qızardılır.
Üzərinə samanvarı doğranmış bibərlər qatılıb qovrulur.
Yeməyə xırdalanmış sarımsaq, duz və istiot əlavə olunur.
Soğan halqavarı doğranıb ən sonda yeməyə qatılır.
Hazır cız-bıza limon suyu tökülür, sumax səpilib süfrəyə verilir.
İnterpress.az