Bunu APA-ya açıqlamasında Rəsulzadə irsinin tədqiqatçısı, professor Şirmməmməd Hüseynov deyib.
Ş.Hüseynov yaya qədər bu üç kitabın da hazır olacağını qeyd edib.
Qeyd edək ki, prezident İlham Əliyevin \”Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında\” 22 noyabr 2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb. Tədbirlər planında “M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu” mövzusunda elmi konfransın keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri, \”Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik\” mövzusunda elmi sessiyanın və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
İnterpress.az