Hindistandan gözlənilməz SANKSİYA ADDIMI: “Kölgə donanması”na qarşı qaydalar SƏRTLƏŞDİRİLİRbackend

Hindistandan gözlənilməz SANKSİYA ADDIMI: “Kölgə donanması”na qarşı qaydalar SƏRTLƏŞDİRİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan “kölgə donanması” üzərində nəzarəti gücləndirir və sanksiya boşluqlarını bağlayır.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hindistan beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə edilə bilən gəmilər üzərində nəzarəti kəskin şəkildə gücləndirir.

Yeni Dehli dəniz ticarətində “kölgə donanması” ilə əlaqəli mövcud sxemlərin və boşluqların qarşısını almaq niyyətini açıqlayıb.

Bu prosesdə əsas rolu Hindistan Gəmiçilik Registri (IRClass) oynayır. Qurum son üç il ərzində öz reyestrindən neft tankerləri və qazdaşıyanlar da daxil olmaqla 235 gəmini çıxarıb.

Təşkilat 2023-cü ildən etibarən ABŞ, Aİ və ya Böyük Britaniyanın sanksiyaları altına düşən gəmiləri sertifikatlaşdırmaqdan imtina edir.

Reyestrdən çıxarma gəmilərin sığorta almasını və limanlara çıxışını çətinləşdirir və bu yayınma sxemlərinin effektivliyini azaldır.

Hindistan Rusiya neftinin əsas alıcısı olaraq qalır, lakin sanksiyaların pozulması riskini minimuma endirmək üçün tədricən qaydalarını sərtləşdirir.

Xuraman Etibarlı

İnterpress.az