Harri Kasparovun Moskvadakı 176 milyonluq mənzilinə HƏBS QOYULDU – FOTObackend

Harri Kasparovun Moskvadakı 176 milyonluq mənzilinə HƏBS QOYULDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Harri Kasparovun Moskvanın mərkəzindəki mənzilinin satışına qadağa qoyulub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məşhur şahmatçı və ictimai fəal Harri Kasparovun Moskvanın mərkəzində yerləşən və dəyəri təxminən 176 milyon rubl (təxminən 4 162 000 manat) olan mənzilinin satılmasına qadağa qoyulub.

Məhkəmə icraçıları şahmatçının xarici agent qanunvericiliyini pozduğuna görə yaranmış cərimə borcları səbəbindən onun Xamovniki rayonundakı 297 kvadratmetrlik mənzilinə qeydiyyat qadağası tətbiq ediblər.

İndi bu mənzili satmaq, hədiyyə etmək və ya başqa bir şəxsin adına rəsmiləşdirmək qeyri-mümkündür.

Qadağanın səbəbi şahmatçının xarici agent nişanlamasını yerləşdirməməsinə görə yığılmış cərimələrdir.

2024-cü ildən bəri 63 yaşlı Kasparov artıq üç belə cərimə alıb və hazırda dövlətə 90 min rubl (təxminən 2 130 manat) borcu var.

Şahmatçı bu mənzili 2021-ci ildə anasından miras alıb. Kadastr dəyərinə görə bu əmlak binadakı ən böyük mənzil hesab olunur. Bununla belə, mənzilin kommunal xidmətlər üzrə hər hansı borcunun olmadığı bildirilir.

Qeyd edək ki, 2025-ci ildən etibarən Kasparov xarici agent qanunvericiliyini pozma maddəsi ilə Rusiya tərəfindən beynəlxalq axtarışa verilib.

Onun özü isə uzun müddətdir ki, ABŞ-də yaşayır və orada fərdi şahmat dərsləri keçməklə məşğuldur.

Xuraman Etibarlı

İnterpress.az