Konqoda Eboladan 127 ölüm halı QEYDƏ ALINDIbackend

Konqoda Eboladan 127 ölüm halı QEYDƏ ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 127-yə çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Konqo Demokratik Respublikasında (KDR) təhlükəli Ebola virusunun törətdiyi epidemiya qurbanlarının sayı artmaqda davam edir.

Ölkənin Rabitə Nazirliyinin açıqladığı son rəsmi məlumatlara görə, virus səbəbindən həyatını itirənlərin sayı artıq 127 nəfərə yüksəlib.

Eyni zamanda, ölkə ərazisində bu öldürücü virusa yoluxanların ümumi sayı 635 nəfər təşkil edir.

Yerli səhiyyə rəsmiləri və beynəlxalq humanitar təşkilatların mütəxəssisləri epidemiya ocaqlarında xəstəliyin daha geniş ərazilərə yayılmasının qarşısını almaq və xəstələrə tibbi yardım göstərmək üçün birgə tədbirlər həyata keçirirlər.

Virusa yoluxmuş və şübhəli şəxslər üçün xüsusi karantin mərkəzləri fəaliyyətə başlayıb.

Ekspertlər bölgədə sanitariya və gigiyena qaydalarına ciddi riayət olunmasının, habelə əhali arasında peyvəndləmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayırlar.

Xuraman Etibarlı

İnterpress.az