Avstraliyada bütöv bir qəsəbə mənzil qiymətinə satışa çıxarıldı.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Avstraliyada Kuladdi adlı bütöv bir qəsəbə təxminən 660 000 manata satışa çıxarılıb. Alıcı bu məbləğə qəsəbədə yerləşən mağazalara, motelə, paba, restorana və dördmərtəbəli yaşayış kompleksinə sahib olacaq.
Hazırda bu qəsəbədə cəmi iki nəfər yaşayır.
Qeyd edək ki, ərazi zəruri infrastruktura malikdir və yeni sahibinə hazır biznes idarə etmək imkanı təqdim edir.
Xuraman Etibarlı
İnterpress.az






