DÇ-2026: İran yığması hər oyundan sonra MEKSİKAYA UÇACAQbackend

DÇ-2026: İran yığması hər oyundan sonra MEKSİKAYA UÇACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da İran yığmasının futbolçuları hər oyundan sonra Meksikaya qayıtmalı olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ hakimiyyəti DÇ-2026 çərçivəsində İran milli komandasının futbolçularına oyun günləri istisna olmaqla ölkə ərazisində qalmağı qadağan edib. Bu səbəbdən komanda qanunları pozmamaq üçün hər matçdan sonra dərhal Meksikaya geri uçmalı olacaq.

İran yığması Meksikanın Tixuana şəhərindəki bazasından iyunun 16-da Yeni Zelandiya, iyunun 21-də Belçika və iyunun 27-də Misirlə oyunlar üçün ABŞ-yə uçacaq, matçlar bitən kimi geri qayıdacaq. Komanda yalnız qrup mərhələsində havada təxminən 6 saat yarım vaxt keçirərək 4 400 kilometrdən çox məsafə qət etməlidir.

Bundan əlavə, ABŞ tərəfi iranlı azarkeşlər üçün bilet kvotalarını ləğv edib, həmçinin komandanın bəzi məşqçilərinə və nümayəndə heyəti üzvlərinə viza verməkdən imtina edib.

Xuraman Etibarlı

İnterpress.az