Çempion Timur Akaimov hava limanında saxlanıldı.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Top Dog” liqasının orta çəkidə çempionu Timur Akaimov Sankt-Peterburqun “Pulkovo” hava limanında saxlanılıb. Buna təhlükəsizlik yoxlanışı zamanı idmançının çempionluq üzüyünün soyuq silah (kastet) kimi qəbul edilməsi səbəb olub.
Akaimovun ötən həftə çətin döyüşdə qazandığı bu xüsusi üzük qızıldan tökülüb və çoxsaylı brilyantlarla bəzədilib. Orijinal üzüklərin qiyməti 3 milyon rubldan (təxminən 70 000 manat) çoxdur. Təhlükəsizlik əməkdaşları parlaq zinət əşyasını şübhəli hesab edərək əraziyə polis çağırıblar.
Hadisə yerinə gələn asayiş keşikçiləri idmançını tanıyıb, ona uğurlar arzulayaraq heç bir protokol tərtib etmədən sərbəst buraxıblar.
Qeyd edək ki, “Top Dog” təşkilatında qaliblərə çempionluq kəməri əvəzinə üzərində xüsusi qravür olan olduqca dəyərli üzüklər təqdim edilir.

Xuraman Etibarlı
İnterpress.az






