ABŞ Rəssamlar Gildiyası Martin Skorsezeni süni intellekt tərəfdaşlığına görə sərt tənqid edib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Quruluşçu Rəssamlar Gildiyası məlumat yayıb.
ABŞ Quruluşçu Rəssamlar Gildiyası rejissor Martin Skorsezeni generativ süni intellekt ilə əməkdaşlığına görə sərt tənqid edib. Təşkilat rejissoru onun ən yaxşı filmlərini ərsəyə gətirən real rəssamlara arxa çevirməkdə ittiham edib.
Bəyanatda bildirilir ki, Skorsezenin rəssamların işini Sİ ilə əvəzləmək cəhdi yolverilməzdir: “Süni intellekt rəssamların razılığı olmadan, müəllif hüquqları qorunan əsərlərin mənimsənilməsi hesabına fəaliyyət göstərir. Sənətçilərin peşəkar töhfəsinin oğurlanmış işlər üzərində qurulmuş texnologiya ilə təqlid olunması kinoya xəyanətdir”.
Qeyd edək ki, tənqidlərə səbəb Skorsezenin “Black Forest Labs” süni intellekt startapı ilə tərəfdaşlıq etməsi və vizual eskizlərin hazırlanmasında bu proqramdan istifadəni müdafiə etməsidir.
Xuraman Etibarlı
İnterpress.az






