Londonu SARSIDAN SƏNƏD: 28 milyard funtdan çox vəsait terrorçulara və İŞİD-ə GEDİBbackend

Londonu SARSIDAN SƏNƏD: 28 milyard funtdan çox vəsait terrorçulara və İŞİD-ə GEDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya büdcəsindən 28 milyard funtdan çox vəsait terrorçulara və cinayətkarlara ötürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Böyük Britaniya hökumətinin məxfi hesabatına əsasən, 2015-2021-ci illər ərzində Britaniya vergiödəyicilərinin vəsaitlərindən, o cümlədən humanitar yardımlardan 28 milyard funt-sterlinqdən (təxminən 63,56 milyard manat) çox vəsait terrorçuların, düşmən dövlətlərin və cinayətkar qruplaşmaların əlinə keçib.

Sənəddə milyardlarla funt-sterlinqin mütəşəkkil cinayətkarlığa, milyonlarla vəsaitin isə Rusiya dövlətinə və İŞİD-ə yönəldildiyi barədə təfərrüatlı faktlar yer alır.

Mənbələr hökuməti geniş miqyaslı sui-istifadəni açıqlamaq kimi siyasi rüsvayçılıqdan xilas etmək üçün məlumatın heç vaxt ictimaiyyətə açıqlanmadığını bildirib.

Məxfi sənəddə Rusiya dövləti ilə əlaqəli şirkətlərə verilən qrantlar, İŞİD-ə yönəldilən COVID-19 ilə əlaqəli kreditlər və Çin ordusu ilə əlaqəli şirkətlər üçün tədqiqat investisiyaları yer alır.

Qeyd olunur ki, mənimsənilən vəsaitlərin əhəmiyyətli bir hissəsi mənzil müavinətləri və əlillik müavinətləri tələb edən insan alverçiləri də daxil olmaqla cinayətkar qruplara gedib.

Xuraman Etibarlı

İnterpress.az