Məşhur rusiyalı müğənni Aleksandr Buynov mikroinsult keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın 76 yaşlı tanınmış müğənnisi Aleksandr Buynov özü də hiss etmədən mikroinsult keçirib.
Təzyiq dəyişkənliyi və ümumi zəiflik şikayətləri ilə həkimə müraciət edən sənətçi nevrologiya şöbəsində müayinə olunub.
Müayinələr zamanı onun beynində nə vaxt baş verdiyi bilinməyən təkrar insultun (beyin infarktı) izləri aşkarlanıb.
Tibb aləmində mikroinsult adlandırılan bu vəziyyəti xəstələrin təxminən 70 faizi ayaqüstü keçirir və simptomlara əhəmiyyət vermir.
Məlumata görə, həkimlər Aleksandr Buynova xəstəxana bülleteni təklif etsələr də, sənətçi bundan imtina edib.
Bir həftəlik müalicədən sonra evə buraxılan ifaçıya daha çox dincəlmək və fiziki yüklənmələri məhdudlaşdırmaq tövsiyə olunub.
Qeyd edək ki, Buynov uzun müddətdir onkoloji xəstəliklə mübarizə aparır.
2025-ci ilin fevralında o, piyada keçidində bir qadını avtomobillə vurmuşdu, həmin vaxt onun bu vəziyyəti qəbul etdiyi hormon terapiyasının əks-təsirləri ilə izah edilmişdi.

Xuraman Etibarlı
İnterpress.az






