Stavropolda DƏHŞƏTLİ YANĞIN: 200 illik Müqəddəs Nikolay məbədi alovlara BÜRÜNDÜ – VİDEObackend

Stavropolda DƏHŞƏTLİ YANĞIN: 200 illik Müqəddəs Nikolay məbədi alovlara BÜRÜNDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qısaqapanma səbəbindən 200 illik tarixi məbəddə güclü yanğın baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “NEWS.ru” portalı məlumat yayıb.

Rusiyanın Stavropol diyarının Yessentuki şəhərində yerləşən, 200 illik tarixə malik Müqəddəs Nikolay (Svyato-Nikolski) pravoslav məbədində güclü yanğın baş verib.

Hadisənin elektrik naqillərində yaranan qısaqapanma səbəbindən baş verdiyi bildirilir. Alov qısa müddətdə binanın yuxarı taxta konstruksiyalarını bürüyüb və yanğının sahəsi 300 kvadratmetrə çatıb.

Hadisə yerinə dərhal xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsinə səkkiz yanğınsöndürmə heyəti və Qafqaz Mineral Suları şəhərlərindən göndərilmiş əlavə qüvvələr cəlb edilib.

Ümumilikdə 49 mütəxəssis və 14 ədəd xüsusi texnika alovun qarşısının alınması işlərinə qoşulub.

Essentuki şəhərinin meri Vladimir Krutnikov bildirib ki, ilkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Qeyd edək ki, yanan Müqəddəs Nikolay məbədi 1826-cı ildə kazaklar tərəfindən tikilib və 2026-cı ildə özünün 200 illik yubileyini qeyd edib.

O, bölgənin ən qədim və mühüm mədəni irs obyektlərindən biri hesab olunur.

Faktla bağlı regional prokurorluq tərəfindən araşdırma başladılıb.

Xuraman Etibarlı

İnterpress.az