Yüksək musiqi faciə ilə BİTDİ: Bir nəfər ov tüfəngi ilə insanları GÜLLƏBARANA TUTDUbackend

Yüksək musiqi faciə ilə BİTDİ: Bir nəfər ov tüfəngi ilə insanları GÜLLƏBARANA TUTDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarskda bir nəfər yüksək musiqi səsinə görə insanları güllələyib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Krasnoyarsk diyarında ölümlə nəticələnən ağır silahlı insident baş verib.

Yerli sakinin yüksək musiqi səsinə görə ov tüfəngindən bir qrup insana atəş açması nəticəsində bir nəfər həlak olub, daha dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İstintaq orqanlarının verdiyi məlumata görə, hücumu törədən şəxs ov tüfəngindən insanlara doğru 11-dən çox atəş açıb.

Məlum olub ki, atəş açan şəxsin silah gəzdirmək üçün rəsmi icazəsi olub. O, güllələdiyi şəxsləri əvvəllər tanımayıb və həmin əraziyə sadəcə anasına baş çəkmək üçün gəlibmiş.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb, hadisəni törədən şübhəli şəxs saxlanılıb.

Hazırda qanlı hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az