Ermənistandakı vandallığa Moskvadan REAKSİYA – Rusiya kəskin ETİRAZ ETDİbackend

Ermənistandakı vandallığa Moskvadan REAKSİYA – Rusiya kəskin ETİRAZ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanda İkinci Dünya Müharibəsi abidəsinin təhqir olunmasına etiraz edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya Federasiyası Ermənistanın Gümrü şəhərində İkinci Dünya Müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış “Ana Ermənistan” memorialının təhqir olunmasından kəskin hiddətlənib. Bu barədə Rusiyanın İrəvandakı səfirliyinin yaydığı rəsmi bəyanatda bildirilir.

Səfirlikdən qeyd olunub ki, memorialın təhqir edilməsi ilə bağlı törədilən bu hörmətsizlik aktı adi xuliqanlıq kimi qiymətləndirilə bilməz.

Bundan əvvəl naməlum şəxslər “Ana Ermənistan” memorialındakı İkinci Dünya Müharibəsinin qəhrəman şəhərlərinin adlarının yazıldığı qızılı rəngli hərfləri qoparıblar.

Rusiya diplomatik missiyası hadisə ilə bağlı ciddi narahatlığını ifadə edərək, Ermənistanın hüquq-mühafizə orqanlarını hadisəni törədən şəxslərin tez bir zamanda müəyyənləşdirilib məsuliyyətə cəlb olunması üçün qəti tədbirlər görməyə çağırıb.

Faktla bağlı yerli polis tərəfindən araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az