Rusiyada miqrant evə BASQIN ETDİ – Ölən və yaralanan varbackend

Rusiyada miqrant evə BASQIN ETDİ – Ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında miqrant evə soxularaq ailəyə bıçaqla hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk Moskva ətrafındakı Naro-Fominsk şəhər dairəsində sakinlərə bıçaqla hücum edən əcnəbinin polis tərəfindən saxlanıldığını açıqlayıb.

Hadisə Tyornovka kəndində yerləşən fərdi yaşayış evində baş verib. Yaxın xarici ölkələrdən birinin vətəndaşı olan miqrant evə daxil olaraq oradakı sakinlərə soyuq silahla ağır xəsarətlər yetirib.

Hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb.

Məlumata görə, bıçaqlı hücumun qurbanları 55 yaşlı ailə başçısı və onun 13 yaşlı oğlu olub. Ata aldığı ağır bıçaq zərbələrindən təcili yardım gələnə qədər hadisə yerindəcə dünyasını dəyişib.

Yeniyetmə isə çoxsaylı kəsilmiş-deşilmiş yaralarla dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda həkimlər onun həyatını qorumaq üçün mübarizə aparırlar.

Hadisəni törədən əcnəbi vətəndaş polis tərəfindən isti izlərlə yaxalanıb. Müstəntiqlər qanlı cinayətin başvermə səbəblərini və bütün təfərrüatlarını araşdırırlar.

Xuraman Etibarlı

İnterpress.az