21 yaşlı Rusiya çempionu təsadüfi atəşlə ÖLDÜ – Babası İNTİHAR ETDİbackend

21 yaşlı Rusiya çempionu təsadüfi atəşlə ÖLDÜ – Babası İNTİHAR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada dəhşətli ailə faciəsi: 21 yaşlı məşhur hokkeyçi və babası faciəvi şəkildə həyatını itirib

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Omskun “Avangard” klubunun yetirməsi olan 21 yaşlı hokkeyçi Yeqor Yadıkin Başqırdıstanın Salavat şəhərində faciəvi şəkildə dünyasını dəyişib.

Hadisə idmançının babası ilə birlikdə meşəyə ova getdiyi zaman baş verib.

Avtomobilin arxa oturacağında əyləşən Yeqor ön oturacağa doğru uzanan zaman orada yerləşən ov tüfəngi qəfildən atəş açıb.

Güllə gənc xokkeyçinin birbaşa üzünə dəyərək onun alt hissəsini tamamilə parçalayıb və idmançı hadisə yerindəcə keçinib.

Nəvəsinin ölümünə səbəb olan bu dəhşətli hadisədən sarsılan baba ailənin söhbət qrupuna səsli mesaj göndərərək baş verənləri danışıb.

O, səs yazısında bu faciədən sonra artıq yaşaya bilməyəcəyini qeyd edib və qısa müddət sonra intihar edərək həyatına son qoyub.

Qeyd edək ki, Yeqor Yadıkin “Avangard” klubunun yetirməsi olub. O, Gənclər Hokkey Liqasında “Omskie Yastrebi” komandasında çıxış edərək iki dəfə Rusiya çempionu olub.

İdmançı 2025-ci ildə isə Ali Hokkey Liqasında çıxış edən “Norilsk” klubunun oyunçusu olmuşdu.

Faktla bağlı istintaq orqanları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az