Pentaqonun bir hissəsi potensial hava təhlükəsi səbəbindən BLOKLANDIbackend

Pentaqonun bir hissəsi potensial hava təhlükəsi səbəbindən BLOKLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun bir hissəsi hava təhlükəsi səbəbindən karantinə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Vaşinqtondakı mərkəzi binasında təhlükəli maddələrlə əlaqəli insident baş verib.

Hadisə yerinə dərhal xüsusi yanğınsöndürmə və kimyəvi mühafizə briqadaları cəlb olunub.

Bildirilir ki, havada yarana biləcək potensial təhlükə ilə əlaqədar Pentaqon binasındakı bəzi otaqlar və sahələr tamamilə təcrid edilərək giriş-çıxışa bağlanıb.

Xüsusi təyinatlı xidmətlər və xilasedicilər hazırda binanın daxilində təhlükəli maddənin mənbəyini müəyyənləşdirmək və havanın tərkibini yoxlamaq üçün araşdırmalar aparırlar.

İlkin məlumatlara görə, hadisə nəticəsində zərərçəkənlər barədə hələlik hər hansı məlumat daxil olmayıb.

Pentaqonun rəsmi nümayəndələri vəziyyətin nəzarət altında olduğunu və lazımi bütün təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini bildiriblər.

Pentaqonun bir neçə mərtəbəsindən insanlar təxliyə edilib.

Xuraman Etibarlı

İnterpress.az