“Playboy” keçmişi almaniyalı qadın polisin karyerasını bitirib.
İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
Almaniyada asayiş keşikçisi olan Laura Engelmann “Playboy” jurnalında dərc olunan çılpaq fotoşəkilləri ətrafında yaranan gərginlik səbəbindən polis sıralarından öz xoşu ilə ayrılıb.
O, formasını, xidməti silahını və vəsiqəsini təhvil verərək rəsmən işdən çıxıb. Laura verdiyi müsahibədə polis peşəsini çox sevdiyini, lakin rəhbərlik tərəfindən ona qarşı yaranan mənəvi təzyiqlərə dözə bilmədiyi üçün bu addımı atdığını bildirib.
Keçmiş polisin sözlərinə görə, iş fəaliyyətində ciddi problemlər, xüsusən də rəis qadınlardan birinin ona qarşı qərəzli münasibəti olub.
Laura polis sıralarına qəbul olunmazdan əvvəl “İlin Playmate” modeli seçilmişdi və idarə rəhbərliyi onun bu keçmişini, eləcə də model həyatını heç cür qəbul edə bilməyib.
Onu tez-tez şəxsi həyatı, hansı fotoları çəkdirdiyi, kimlərlə işlədiyi və bunun qarşılığında pul alıb-almaması barədə suallarla sıxışdırıblar.
Laura polis idarəsinin onun məşhurluğundan gənc qadın kadrların xidmətə cəlb edilməsi üçün istifadə etməməsindən dərin məyusluq hissi keçirdiyini qeyd edib.
O, fəaliyyətini fərqli sahələrdə davam etdirmək və öz potensialını reallaşdırmaq məqsədilə ABŞ-yə köçməyi planlaşdırır.
Xuraman Etibarlı
İnterpress.az






