İtaliyada QEYRİ-ADİ HADİSƏ: Arı sürüsü çimərlikdə turistləri TƏŞVİŞƏ SALDIbackend

İtaliyada QEYRİ-ADİ HADİSƏ: Arı sürüsü çimərlikdə turistləri TƏŞVİŞƏ SALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada çimərlikdə minlərlə arı günbəz çətirinin üzərinə qonub.

İnterpress.az xəbər verir ki, bu barədə “Rai” telekanalı məlumat yayıb.

İtaliyanın Rimini şəhəri yaxınlığındakı çimərliklərin birində minlərlə arının qəfildən peyda olması istirahət edənlər arasında həm maraq, həm də təşviş yaradıb.

Nəhəng arı sürüsü çimərlikdəki yalnız bir günbəz çətirinin üzərinə qonaraq orada böyük topa əmələ gətirib.

Hadisəni görən maraqlı turistlər dərhal fotolar çəkməyə başlasalar da, yerli hakimiyyət orqanları təhlükəsizlik məqsədilə çimərliyin həmin hissəsini mühasirəyə alıblar.

Əraziyə təcili olaraq çağırılan peşəkar arıçı arı sürüsünü çətirdən uğurla uzaqlaşdırmağı bacarıb.

Rəsmilərin verdiyi məlumata görə, hadisə zamanı heç kim xəsarət almayıb. Mütəxəssislər güman edirlər ki, ana arı günbəz çətirinin üzərinə qonub və digər həşəratlar da onun ardınca gediblər.

Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl Riminidən o qədər də uzaq olmayan Riçcione çimərliyində də analoji hadisə baş vermişdi.

İtaliya Ekoloji Tibb Cəmiyyətinin prezidenti Alessandro Miani bu halları hazırda ölkədə hökm sürən anomal isti hava şəraiti ilə əlaqələndirib.

Onun sözlərinə görə, temperaturun 30 dərəcədən yuxarı olması arıların fəallığını və aqressivliyini artırır, onları su mənbələrinə yaxın yerlər axtarmağa sövq edir.

Xuraman Etibarlı

İnterpress.az