Günəşdə GÜCLÜ PARTLAYIŞ: İyunun 13-də Yer kürəsinə plazma axını ÇATACAQbackend

Günəşdə GÜCLÜ PARTLAYIŞ: İyunun 13-də Yer kürəsinə plazma axını ÇATACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerdə maqnit qasırğası həftənin sonuna qədər davam edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Yer kürəsində baş verən geomaqnit fəallıq və maqnit qasırğası həftənin sonuna qədər davam edəcək.

Günəşdəki tac dəliyindən (koronal dəlik) qaynaqlanan geomaqnit şəraitin dəyişəcəyi mütəxəssislər tərəfindən artıq çoxdan proqnozlaşdırılırdı.

Lakin indi bu dəyişikliklərə bu gün səhər saatlarında Günəşdə baş vermiş uzunmüddətli partlayış nəticəsində yaranan zəif plazma axını da əlavə olunub. Həmin plazma kütləsinin iyunun 13-də Yerə çatacağı gözlənilir.

Günəş və geomaqnit aktivliyi baxımından iyun ayı ümumilikdə kifayət qədər sakit keçir. Belə ki, ayın ilk on günü ərzində yalnız iki gün geomaqnit sahəsində həyəcanlanma və qasırğalar qeydə alınıb.

Lakin mütəxəssislər növbəti iki gün ərzində gözlənilən güclü geomaqnit fəallığının bu müsbət statistikanı bir qədər korlaya biləcəyini vurğulayırlar.

Meteohəssas insanlara gərgin günlərdə səhhətlərinə qarşı xüsusilə diqqətli olmaq tövsiyə edilir.

Xuraman Etibarlı

İnterpress.az