İlon Mask tarixdə İLK TRİLYONER OLDUbackend

İlon Mask tarixdə İLK TRİLYONER OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Mask tarixdə ilk trilyoner oldu.

İnterpress.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

ABŞ-li sahibkar, SpaceX şirkətinin qurucusu İlon Mask tarixdə ilk dəfə olaraq sərvəti 1 trilyon dolları (təxminən 1,7 trilyon manat) keçən şəxs olub.

Buna səbəb SpaceX-in ABŞ tarixində ən böyük ilkin kütləvi səhm təklifini (IPO) həyata keçirməsi olub. Şirkət hər biri 135 dollar (təxminən 230 manat) dəyərində 555,56 milyon səhm sataraq 75 milyard dollar (təxminən 127,5 milyard manat) vəsait cəlb edib. Bu göstərici ABŞ tarixində IPO üzrə yeni rekord hesab olunur.

Raket texnologiyaları, peyk sistemləri və süni intellekt sahələrində fəaliyyət göstərən SpaceX-in bazar dəyəri IPO-dan sonra 1,77 trilyon dollara (təxminən 3,01 trilyon manat) yüksəlib.

Qeyd edək ki, əvvəlki rekord 2019-cu ildə IPO zamanı 25,6 milyard dollar (təxminən 43,5 milyard manat) vəsait cəlb edən və 1,71 trilyon dollar (təxminən 2,91 trilyon manat) dəyərində qiymətləndirilən Saudi Aramco şirkətinə məxsus idi.

Xuraman Etibarlı

İnterpress.az