Belarus dövlət başçısı Rusiya Günü münasibətilə MÜRACİƏT YAYDIbackend

Belarus dövlət başçısı Rusiya Günü münasibətilə MÜRACİƏT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lukaşenko Vladimir Putini və Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini və bütün Rusiya xalqını milli bayram – Rusiya Günü münasibətilə təbrik edib. Bu barədə Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Lukaşenko təbrikində Rusiyanın güclü dövlət olduğunu və qlobal dəyişikliklər fonunda ədalətli dünya nizamının qorunmasında mühüm rol oynadığını qeyd edib.

Təbrik teleqramında deyilir: “Rusiya Federasiyası öz gücünə güvənən qabaqcıl dövlət, güclü iqtisadi və müdafiə potensialına malik aparıcı güclərdən biri, qlobal transformasiya şəraitində ədalətli dünya nizamının qarantıdır”.

Aleksandr Lukaşenko həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın, ittifaq əlaqələrinin və inteqrasiya proseslərinin daha da dərinləşəcəyinə əminliyini ifadə edib. O, Rusiya və Belarus xalqlarının qardaşlıq bağlarının müasir qlobal çağırışlar qarşısında daha da möhkəmləndiyini vurğulayıb, Vladimir Putinə möhkəm cansağlığı, Rusiya Federasiyasına isə rifah və inkişaf arzulayıb.

Xuraman Etibarlı

İnterpress.az