Olqa Buzova evində AĞIR XƏSARƏT ALDI – Xəstəxanaya YERLƏŞDİRİLDİ – FOTObackend

Olqa Buzova evində AĞIR XƏSARƏT ALDI – Xəstəxanaya YERLƏŞDİRİLİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur sənətçi Olqa Buzova evində ağır zədə alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Tanınmış rusiyalı müğənni və aparıcı Olqa Buzova evində ağır zədə alıb və onun üçün təcili tibbi yardım çağırılıb.

Hazırda həkimlər sənətçiyə yerindəcə ilkin yardım göstərirlər və onun xəstəxanaya yerləşdirilib-yerləşdirilməməsi məsələsi nəzərdən keçirilir.

Buzovanın evində güclü zədə aldığı və kəskin ağrılardan şikayət etdiyi bildirilir.

Hadisə yerinə gələn həkim briqadası Olqa Buzovanı müayinə edir. İlkin ehtimallara görə, Olqa Buzova duş alarkən yıxılıb və dizi parçalanıb.

İlkin olaraq açıq sınıq yoxdur, lakin xəsarət ciddidir və xəstəxanaya yerləşdirmə məsələsi həll edilir.

Sənətçinin mətbuat xidməti və yaxınları hələlik hadisənin təfərrüatları barədə rəsmi açıqlama verməyiblər.

Xuraman Etibarlı

İnterpress.az