Apellyasiya məhkəməsi bloqer Arsen Markaryanın şikayətini RƏDD ETDİ – 4,5 illik cəza DƏYİŞMƏDİbackend

Apellyasiya məhkəməsi bloqer Arsen Markaryanın şikayətini RƏDD ETDİ – 4,5 illik cəza DƏYİŞMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur bloger Arsen Markaryanın 4,5 illik həbs cəzası qüvvədə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvanın Birinci Apellyasiya Məhkəməsi faşizmin reabilitasiyası ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilmiş erməni bloqer Arsen Markaryanın hökmünü qanuni hesab edərək qüvvədə saxlayıb.

Apellyasiya məhkəməsi bloqerin vəkillərinin cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciətini, həmçinin prokurorluğun hökmün daha da sərtləşdirilməsinə dair etirazını rədd edib.

Bloqer məhkəməyə müraciətində törətdiyi əməldən səmimi peşman olduğunu və ailəsinin (həyat yoldaşı, uşaqları, yaşlı anası və nənəsi) onun himayəsində olduğunu əsas gətirərək həbslə bağlı olmayan daha yüngül cəza təyin edilməsini xahiş edib.

Lakin hakim heyəti çıxarılan qərarı dəyişmədən saxlayıb.

Xatırladaq ki, bu ilin mart ayında Moskva Şəhər Məhkəməsi Arsen Markaryanı faşizmin reabilitasiyası ittihamı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Eyni zamanda ona 4 il müddətinə internet resurslarını idarə etmək qadağan olunub. Bloger İkinci Dünya Müharibəsi qəhrəmanlarının, xüsusən də sovet əsgəri Aleksandr Matrosovun xatirəsini təhqir etməkdə və nasist Almaniyası rəhbərliyinin əməllərinə bəraət qazandırmağa yönəlmiş videolar paylaşmaqda təqsirli bilinib.

İş üzrə araşdırmalar zamanı Markaryan günahını tamamilə etiraf etdiyi üçün onun məhkəməsi xüsusi qaydada keçirilmişdi.

Xuraman Etibarlı

İnterpress.az